“Ölkənin surətli inkşafında, əhalinin sosial rifahının yüksəlməsində, demokratiyanın genişlənməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu ilbə-il artmaqdadır. Bu gün bələdiyyə təsisatları inkişaf edərək ölkənin demokratik idarəetmə sistemində öz yerini tutmaqdadır. Bələdiyyələr yaranmış münbit şəraitdən faydalanaraq onlara qanunla verilmiş səlahiyyətlərdən daha səmərəli istifadə etməyə, ölkəmizdə gedən quruculuq işlərində dövlətin köməkçisi kimi yaxından iştirak etməyə çalışırlar”- bu fikirləri Qaradağ rayonu Müşviqabad bələdiyyəsinin sədri Vüqar əliyev Belediyye.infonun əməkdaşıyla söhbətində deyib.
“Azərbaycanın bölgələrinin inkişafı və modernləşməsi üçün həyata keçirdiyi “2009-2013-cü illərdə bölgələrin sosial iqtisadi inkişafı” dövlət proqramı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair dövlət proqramlarının icra olunması uğurla öz bəhrəsini verməkdədir.”
Daha sonra bələdiyənin fəaliyyətinə toxunan sədr bildirib ki, “bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipi əsasında qurulması əhalinin bizə inamını artıran əsas amillərdən biridir. Buna görə də biz öz fəaliyyətimiz haqqında əhaliyə mütəmadi məlumat veririk. Yığılan vəsaitlər bələdiyyənin saxlanmasına və digər qeyd edilən zəruri tədbirlərə xərclənmişdir. Müşfiqabad bələdiyyəsi ərazisində yerləşən yaşayış massivlərində yaşayan əhali tərəfindən atılan bərk məişət tullantılarından ərazinin təmizlənməsinə və daşınmasına köməklik göstərilmişdir.”
Görülən işlərə toxunan sədr bu layihələr sırasında Müşviqabad qəsəbəsində meydançanın tikilməsini və ətrafının abadlaşdırılmasını xüsusiylə qeyd edib. Bununla yanaşı tərəfimizdən xüsusi texnika cəlb edilməklə bərk məişət tullantıları yığılaraq ətraf təmizlənmişdir.
Vətəndaşların probleminin dinləməsini, onun həlli istiqamətində addımların atılmasını bələdiyyənin daim diqqət mərkəzində olduğunu bildirən sədr 2015-ci ildən başlayaraq mütəmadi olaraq vətəndaşların inzibati ərazidə yerləşən xidmət sahələrinin rəhbərlərinin iştirakıyla səyyar qəbulu təşkil edildiyini və qaldırılan məsələlər protokollaşdırılaraq öz səlahiyyəti daxilində həll edildiyini qeyd edib. Bununla yanaşı yaşayış massivlərində məhəllədaxili yollar təmir edilib, bir sıra küçələr abadlaşdırılıb.
Bizim üçün eləcədə hər bir respublika vətəndaşı üçün 2015-ci ildə baş verən ən vacib hadisələrdən biri də qəsəbədən keçən Sumqayıt-Sahil magistral yolunun yenidən inşa edilərək tam şəkildə istifadəyə verilməsidir. Nəticədə qəsəbəmizin iqtisadi dəyəri hesaba gəlməz dərəcədə artmış, əhali üçün gözəl sosial imkanlar açılmışdır.
Bələdiyyə sədri digər bir məqama da toxundu. Sədrin sözlərinə görə, cari ildə bələdiyyənin ərazisində özbaşına torpaq zəbtlərinin, qanunsuz tikililərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülmüş, bəzi hallarda tədbirlərin daha təsirli olması üçün məhkəmələrə müraciət edilmişdir.
2015-ci ildəki fəaliyyəti dövründə humanitar layihələrin icrası bələdiyyənin prioritet istiqamətlərində olduğunu deyən sədr bələdiyyə tərəfindən bu istiqamətdə aztəminatlı ailələrə maddi yardım göstərildiyini, 20 Yanvar, Çernobl, Ağsaqqal və Mühabibə veteranları şurasının üzvlərinə görüşlər keçirərək onların problemlərinin dinlənildiyini və sonda maddi yardımlar göstərildiyini bildirib.
“Bələdiyyənin uğurları ilə yanaşı həm də ərazimizdə problemlərin mövcudluğu da istisna deyil”- bu fikri də bələdiyyə sədri bidirib.
ərazidə ən aktual problem, vergilərin ödənilməsi ilə bağlı əhali arasında maarifləndirilməsinin zəif təşkili və ərazidən yığılan vergilərin nəzərdə tutulandan az olması ilə bağlıdır. Bələdiyyə büdcəsinin, ancaq yerli vergi və ödənişlərdən formalaşdığını nəzərə alsaq, bunun bələdiyyə ücün ən aktual problem olduğunu görmüş olarıq.
Məhz bu məqsədlə bələdiyyə üzvləri və qulluqçuları daim əhali arasında maarifləndirmə işləri aparır və yerli vergilərin bələdiyyə büdcəsi üçün vacibliyini izah edirlər.
Cari ildəki fəaliyyətə toxunan sədr bildirdi ki, əhalinin rahatlığının təmin olunması ilə bağlı atılacaq növbəti əsas addımlardan biri bələdiyyə ərazisində olan məhəllədaxili yolların təmir olunması ilə bağlıdır. Həmçinin, qəsəbədə sıradan çıxmış və təmirə ehtiyacı olan su və kanalizasiya xətlərinin cari təmiri də yaxın vaxtlarda görüləcək işlər siyahısına daxil edilib.
Belediyye.info